Ata qızını axtarır - Əfsanədən 5 gündür xəbər yoxdur - VİDEO

OXUNUB: 698 SOSİAL

Sumqayıtda 22 yaşlı qız itkin düşüb.

İcmal.Az xezerxeber.az-a istinadən xəbər verir ki, atası ilə birgə Sumqayıt şəhərinin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada yaşayan Əfsanə Əsədovadan 5 gündür xəbər yoxdur.

Anası Əfsanəni Bələkdə olarkən atasına verib və evi tərk edib, o gündən Səfər Əsədov qızına həm ata olub, həm də ana. Fəhləliklə böyütdüyü qızı Əfsanə Əsədova isə 5 gündür atasının gözünü yolda qoyub.

Əlacsız qalan ata aidiyyatı qurumlardan kömək istəyir. Övladının tez bir zamanda tapılması üçün o hər gün müraciət etdiyi Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə maraqlandığını deyir. Lakin hələ ki heç bir müsbət cavab ala bilmir. Qızın yoxa çıxması qonşuları da narahat edir.

Məsələ ilə bağlı, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə əlaqə saxladıq.

Bölmədən məlumat verdilər ki. 22 yaşlı Əfsanə Əsədovanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. 

İcmal.Az

RƏYLƏR