Atadan DƏHŞƏTLİ CİNAYƏT: Oğullarını ona oxşamadığı üçün öldürdü - FOTO

OXUNUB: 849 DÜNYA

Türkiyənin Üsküdar adlanan ərazisində yaşayan G.Arslan adlı kişi 2 oğlunu öldürüb, birinə isə xəsarət yetirib.

 Dəfələrlə ətrafdakı insanların "uşaqlar sənə heç oxşamır" sözlərinə qəzəblənən ata arvadının ona xəyanət etdiyini düşünərək uşaqlarını öldürmək qərarına gəlib.

Küçədə oğlu G.Əhməd, G.Şərəf və G.Orçünü bıçaqlayıb. Uşaqlardan ikisi hadisə yerində dünyasını dəyişib. Orçun adlı oğlanın vəziyyətinin ağır olduğu deyilir.

Polislər tərəfindən saxlanılan ata ifadəsində "illərdir həyat yoldaşımın məni aldatdığını düşünürdüm. Bəzi qohumlarım və dostlarım da uşaqların mənə bənzəmədiyini dediyi üçün əsəbləşdim və öldürdüm".

Faktla bağlı cinayət işi açılıb./publika

 


 

İcmal.Az

RƏYLƏR