Atası yaşlı kişiyə aşiq olan qız: O, əla məşuqdur - FOTO

OXUNUB: 960 MARAQLI

Onunla tanış olandan sonra 17 yaşlı sevgilimlə münasibətləri dayandırdım. Onu çox sevirəm. Sevgilimdir, əla məşuqdur.

19 yaşlı Evelon Qervi belə deyir.

İngiltərənin Qərbi Yorkşir qraflığındakı Bredford şəhərində yaşayan Evelonun sözlərinə görə, iki il əvvəl, 17 yaşı olanda Daq Treyherlə internetdəki onlayn-forumlardan birində tanış olub.

ABŞ-ın Kaliforniya ştatındakı San-Fransisko şəhərində yaşayan Daq 2016-cı ilin iyununda Evelonla söhbətlərə başlayıb, sonra ona aşiq olduğunu deyib.

44 yaşlı Daq onu sevdiyini təkrarlayırdı.

 

Atası yaşındakı kişinin ona eşq izharını Evelon bəyənib və beləcə, münasibətlər yaranıb.

Şimali Yorkşirdəki York Universitetində, incəsənət fakültəsində təhsil alan Evelon Qervinin sözlərinə görə, indi sevgilisi Daqla sürəkli əlaqə saxlayır.

Onlar hər ay görüşürlər. Daq Britaniyaya gəlir, sonra da Evelon Kaliforniyaya yollanır.

İki dəfə boşanmış Daq Trevisin əvvəlki nikahlarından 24, 22 və 12 yaşlı üç övladı var.

Buna rəğmən o, Evelonla evlənəcyini söyləyir: "Evelon həyatımın eşqidir"./milli

İcmal.Az

RƏYLƏR