Atasını öldürən oğul tutuldu - AZƏRBAYCANDA

OXUNUB: 827 HADİSƏ
Biləsuvarda atasını öldürən oğul həbs edilib.

İcmal.Az DİN-ə istinadən xəbər verir ki, mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülmüş tədbirlərlə T.Rəsulovun meyiti eksqumasiya edilib.
 
Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib.
 
Həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən oğlu Rahib tutulub.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.
 
İcmal.Az

RƏYLƏR