“AtaSığorta”nın sığortaladığı ev yandı, şirkət pul ödəməkdən boyun qaçırır – FOTOFAKTLAR

OXUNUB: 5585 Özəl Seçilmiş Önəmli HADİSƏ

7NEWS.az olaraq zaman-zaman redaksiyamıza sığorta şirkətləri ilə bağlı ilginc məlumatlar daxil olur. Hətta cəmiyyətdə "Niyə Azərbaycanda sığorta sisteminə etibar yoxdur?” sualına tez–tez rast gəlirik. Məsələ burasındadır ki, xaricdə, hətta qonşu Gürcüstanda belə sığorta birmənalı şəkildə vətəndaşın mənafeyinə xidmət edir. Bizdə isə vətəndaş müxtəlif istiqamətlər üzrə sığortalanan qədər şirkət tərəfindən "şirin dilə” tutulur, müxtəlif, hətta, fantastik vədlər verilir. Amma görünən odur ki, real durum acınacaqlıdır. Bugünə qədər redaksiyamıza sığorta şirkətlərinin özbaşınalıqları ilə bağlı yüzlərlə müraciət daxil olur. Özündə faktları ehtiva edən müraciətləri isə dərhal dərc edirik.

Redaksiyamıza daxil olan növbəti müraciət isə "AtaSığorta” ASC ilə bağlıdır. Müraciəti olduğu kimi təqdim edirik:

"Sizəyazıb məlum edirəm ki, mən ailə vəziyyətimlə əlaqədar olaraq, yəni nəvəm xəstə olduğu üçün 2013-cü ildə Mingəcevir şəhərindən "Ata Bank”ın Göyçay filialından 10000 (on min manat ) kreditə evimi girov qoyub pul götürmüşəm. "AtaSığorta” ASC-də mənim evimi sığorta etmişdi. Mən kreditimi 2016-cı il avqust ayına qədər ödəyirdim. 2016-cı ildə Mingəçevir şəhəri Heydər Əliyev prospekti 30, mən.51-3 (otaqlı) evimdə yanğın baş verdi. Fövqəladə Halların yanğın söndürmə əməkdaşlarının köməyi ilə evimi yanğın söndürənlər söndürdü, hətta 3 yanğın söndürən maşının köməyi ilə Mingəçevir şəhər yanğınsöndürmə işçiləri tərəfindən evə baxış keçirildi, evdə əsasən mətbəxdən yanğın başlamışdır. Yanğınsöndürmə idərəsinin inspektoru yanğın baş vermə səbəbini aydınlaşdırdı və elektrik gərginlik çox olduğundan evin naqillərinin tab gətirmədiyi üçün yanğın baş verdiyini dedi. Yanğınsöndürmə idarəsinin baş inspektoru Vüqar müəllim mətbəxə dəyən ümumi ziyanı 5000 AZN (beş min manat) qeydə almışdır. Evlərin də bərbad hala düşməsi aydın idi. Bu halda əvvəl qonşuların iştirakı ilə biz Mingəçevir İcra Hakimiyyətinə binanın işıqlarının nasaz olması haqqda məktub göndərdik. Bizə bununla əlaqədar olaraq işıq idarəsi məşğul olmalıdır dedilər. Məktubun əslini qonşuların imzası ilə birlikdə poçt şöbəsində qəbz vasitəsilə lazımı yerə göndərdik. Heç bir nəticə olmadığı üçün mən xahiş edirəm mənə köməklik göstərəsiniz.

Yanğın baş verəndən sonra bizə məlumat gəldi ki, sizin kreditiniz bağlanıb. 3 ay ərzində bizi narahat edən olmadı. Biz "Ata” Bankın "AtaSığorta” ASC-yə məlumat verdik. Sığorta idarəsi Gəncə şəhərində yerləşir. Zona üzrə idarəyə, oradan bizim evə "AtaSığorta” ASC-nin işçiləri gəlmişdilər. Çəkiliş etdilər, baxış keçirdilər və dedilər ki, biz bunları, yəni çəkilmiş və yazılan sənədləri mərkəzi "AtaSığorta” ASC-yə göndərmişik və tezliklə sizə məlumat və ya cavab deyəcəklər. Bizə cavab gəldi ki, ev sahibinin səhlənkarlığından evdə yanğın baş verib.

Bəs nəyə görə sual verən yoxdur ki, bütün binanın naqilləri kimi bizimki də eynidir? Elektrik gərginliyi yüksək olduğu üçün naqillər dözməyib. Hətta bəzi qonşuların televizoru, kondisioneri və digər elektrik əşyaları yanmışdır.

İşıqların azalıb-artan zaman biz işıq idarəsinə zəng etdik, gəldilər və dedilər ki, evimizin qabağında (kvartal üçün nəzərdə tutulmuş transformatorun biri yanıb-ona görə o biri 2-ciyə qoşulub). Ona görə işıqlar artıb-azalır, hətta süd kimi olurdu.

"Ata sığorta” evi sığorta edəndə gəlib bizim evin naqillərini yoxlamışdır. Bank evi sığorta edən zaman 8000 (səkkiz min manat) pul sığorta etmişdir.

Xahiş edirəm bu məktubu çox diqqətlə oxuyasınız. Cavan həyat yoldaşımı itirmişəm, 4 qız anasıyam, heç bir köməyim yoxdur. Mənə hörmət olaraq lazımı qanunu yolla nə kömək lazımdır etməyinizi xahiş edirəm.

İmza: Əliyeva İrasə Miryusif qızı”

Mövzunu diqqətdə saxlayacağıq. 7NEWS.az olaraq bütün fotofaktları təqdime edirik.

7NEWS.az























RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}