Atatürk Kamallının kirayə evlərlə bağlı 6 il öncə səsləndirdiyi təkliflər reallaşır

OXUNUB: 702 SOSİAL
Məlum olduğu kimi 25 yanvar 2019-cu il tarixdə "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. Fərmana uyğun olaraq, Fond mexanizmin fəaliyyətini təmin etmək üçün bir sıra məsələləri həll etməli idi, Bunlara əsasən müraciətlərə baxılması, aylıq ödənişlərin hesablanması və ödənilməsi, kirayəyə veriləcək yaşayış sahələrinə, habelə kirayəçilərə dair tələblərin müəyyən edilməsi kimi zəruri prosedurların hazırlanması və təsdiqi, habelə şəffaflığı təmin etmək və müraciətlərin qəbulu üçün şəraitin yaradılması və prosesin avtomatlaşdırılmasını aid etmək olar. Fond tərəfindən verilən məlumatlara görə, artıq Bakıda gələn ayın ikinci yarısından kirayə mənzillərə müraciət başalayacaq. Yeni mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər. Dövlət tərəfindən atılan bu addımın çox təqdirəlayiq hadisə olması şübhəsizdir.

Lakin İlkxeber.org saytının əməkdaşı bu mövzunu araşdırarkən maraqlı məqamlarla rastlaşıb. Araşdırmalar nəticəsində aydın olub ki, hələ illər öncəsi, konkret olaraq 2013-cü ildə ictimai fəal, "Yeni Nəsil” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri, hazırda Moskva şəhərində yaşayan Atatürk Kamallı gənclərin mənzil problemlərinin həlli istiqamətində yeni təkliflərlə çıxış etmişdi. Fondun açıqladığı şərtlərlə A.Kamallının 6 il əvvəl irəli sürdüyü təklifləri müqayisə edəndə yeni sənədin bütünlüklə 2013-cü ildə səsləndirilmiş təkliflərdən götürüldüyü açıqca hiss edilir.

Məsələn, yeni sənəddə deyilir: "Mənzili kirayə edən vətəndaşmızın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib olar. Və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər.

Mənzillər daha çox Bakının mərkəz ətrafı rayonlarındadır. İlkin məlumata görə, "Qara Qarayev”, "Neftçilər”, "Əhəmədli” metrosu ətrafında daha çox mənzil təklif olunacaq.
Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir.
Müqavilə bağlandıqdan ən azı 3 il müddətdən sonra kirayəçi mənzilə sahib olmaq hüqqunq malikdir. 3 ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər.
İlkin ödəniş nəzərdə tutulmayıb. Amma kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir”.


"Təklif edirəm ki, bu gün şəhərimizdə tikilən və tikilməkdə olan bir çox yeni yaşayış binalarına nəzər salaq. Metronun "Xətai”, "Həzi Aslanov” stansiyaları yaxınlığında və şəhərimizin bir çox ərazilərində saysız hesabsız tikilən, ancaq istifadəyə verilməyən çoxlu sayda binalar və mənzillər tikilmişdir. Həmin binalarda bu günədək yaşayışın olmaması, kənardan müşahidə olunur. Qənaətimcə müəyyən dövlət qurumları, ipoteka fondu tərəfindən bu mənzilləri alaraq, fondda yaradılacaq hər hansı bir qurumun adına özəlləşdirilməli, yeni şərtlərlə mənzil əldə etmək istəyənlərə, təmiri vətəndaşın üzərlərinə düşməklə, uzun müddətli müqavilə əsasında, sonda icarəçinin mülkiyyətinə verilməklə (mənzilin dəyəri tam ödənildikdən sonra) icarəyə verilməlidir…

Mənzil kirayəliyən şəxs, dövlətdən kirayə götürmüş olsa, aylıq mənzil kirayəsini dövlətə ödəyər və bilər ki, sonda bu mənziln sahibi olacaqdır. Ola bilər ki, təklifimiz mənzil bazarında, evlərin qiymətinin, süni qaldırmasının qarşısının alınmasınında səbəblərindən biri olsun. Təklif etdiyimiz şərt, həm ipoteka götürən üçün sərfəlidir, eyni zamanda dövlət tərəfindən əhalinin vacib probleminin birinin həlli istiqamətində, vaxtında atılmış bir addım olardı”.

Yekun olaraq bir daha qeyd etmək istərdik ki, vətəndaşların səsləndirdikləri təkliflərin bir gün reallığa çevrilməsi çox yaxşıdır. Hətta bu təkliflər 6 ildən sonra qəbul olunsa da…

İcmal.Az

RƏYLƏR