ATƏT-in yeni sədri: Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir

OXUNUB: 105 SİYASƏT

Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir.

Bu barədə Avropa İttifaqının ATƏT-dəki nümayəndəsinin ATƏT-in yeni sədri, İtaliya xarici işlər naziri Angelino Alfanonun bəyanatına cavabında qeyd edilib.

Bəyanatda qeyd olunur ki, uzun müddət davam edən Gürcüstan və Moldovadakı münaqişələr, eləcə də, Dağlıq Qarabağ münaqişəsi. həmişəki kimi, Avropa İttifaqının diqqətindədir və Aİ bu münaqişələrin həllində İtaliyanın ATƏT-in fəaliyyətinin möhkəmləndirilməsinə sadiqliyini yüksək qiymətləndirir.

Bəyanatda bildirilir ki, Aİ münaqişələrin ciddi narahatlıq doğuran humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndirir.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən bildirib ki, İtaliya ATƏT-dəki sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir./oxu

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}