ATƏT-in yeni sədrindən Qarabağla bağlı – AÇIQLAMA

OXUNUB: 602 SİYASƏT

İtaliya ATƏT-ə sədrlik etdiyi müddətdə təşkilatın dondurulmuş münaqişələrin nizamlanması üzrə fəaliyyətini gücləndirəcək.

İcmal.Az-ın xəbərinə görə, bu barədə ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib.

Alfano qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də səylər davam etdiriləcək:

"İtaliya bir sıra mövcud formatlar vasitəsilə uzunsürən münaqişələrin həlli üzrə ATƏT-in fəaliyyətini gücləndirəcək. ATƏT məkanında olan münaqişələrin həlli üçün formatlar məlumdur. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində üç həmsədr ölkə ilə birlikdə cəhdlərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, İtaliya 2018-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik edir.

İcmal.Az

RƏYLƏR