ATƏT PA-nın vitse-prezidenti: "Dağlıq Qarabağ problemi bütün sessiyalarda müzakirə olunur"

OXUNUB: 694 SİYASƏT

 "Hər dəfə yeni təşəbbüslərlə çıxış edirik. Vyanada keçiriləcək qış sessiyasına ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirlərini dəvət etməyi planlaşdırdıq. Bu məsələ indi müzakirə olunur".

Bunu "Report"un Rusiya bürosuna Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi ATƏT PA-nın bütün sessiyalarında müzakirə olunur və onlar hər dəfə bu məsələni gündəmdə saxlayırlar.

A.Quliyev həmçinin 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə ATƏT PA-nın müşahidəçilərinin dəvət edilməsinin mümkünlüyünü bildirib.

"Bu barədə danışmaq hələ tezdir, lakin belə bir imkanı nəzərdən keçirilir", - parlament üzvü əlavə edib.

 

İcmal.Az

RƏYLƏR