ATƏT təmas xəttində monitorinqləri intensivləşdirir

OXUNUB: 618 SİYASƏT

Şəxsi nümayəndə qrupunun genişləndirilməsini təmas xəttində gərginliyin azalması və sabitliyin artırılmasına xidmət göstərəcək etibarın möhkəmləndirilməsi kimi qiymətləndirmək olar. Mən ön cəbhədə gərginliyin və itki sayının azalmasına təsir göstərən istənilən ölçüləri dəstəkləyirəm .

İcmal.Az "news.am” saytına istinadən  xəbər verir ki, bu bəyanatı ATƏT- sədrinin şəxsi nümayəndəsi Anjek Kaspşik səsləndirib.

O bildirib ki, geniş qrupun tərkibinə bir sıra beynəlxalq əməkdaşlar daxil ediləcək. Əlavə əməkdaşlar, indiki köməkçilər kimi eyni tapşırıqları yerinə yetirəcək.

Keçirilən monitorinqlərin tezliyinin artırılıb-artırılmayacağı sualına cavabında A.Kaspşik əlavə personalın olmasının şəxsi nümayəndənin ofisi tərəfindən  monitorinqlərin keçirilmə tezliyinin artırılması potensialı yaradacağını bildirib.

A.Kaspşik xatırladıb ki, ATƏT  sədri şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi prinsipi Ermənistan və Azərbaycan prezidentləri tərəfindən 2016-cı ildə Vyanada və Sankt-Peterburqda keçirilən yüksək səviyyəli görüşlərdə razılaşdırılıb.

"Mən prezidentlərin bu qərarını alqışlayıram,  bu təşəbbüsün konstruktiv məcrada irəliləməsi üçün  ATƏT rəhbərliyi, həmsədrlər və münaqişə tərəfləri ilə daima əlaqə saxlayıram”- deyə Kaspşik bildirib.

İcmal.Az

RƏYLƏR