"Atlant" istirahət mərkəzində daha bir - FACİƏ

OXUNUB: 4251 Banner-Musavat Banner-Olkə.az Özəl HADİSƏ

Nabrandakı istirahət mərkəzində faciə baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, bu dəqiqələrdə Nabrandakı "Atlant" istirahət mərkəzində 10 yaşlı uşaq hovuzda boğulub.

Bakıdan valideynləri ilə birlikdə istirahətə gedən Qədirov Xəyal Nihad oğlu hovuzda çimərkən boğulub. Hadisə valideynlərinin gözü qarşısında baş verib.

Hadisə yerinə Xudat Şəhər Xəstəxanasından təcili tibbi yardım maşını gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparmaq üçün hadisə yerinə gediblər.

 

RƏYLƏR