"Atlant"da qalmaqal: Şəbnəm Tovuzlu səhnəyə çıxmadı

OXUNUB: 651 GÜNDƏM HADİSƏ

Müğənni Şəbnəm Tovuzlunun avqustun 31-də Nabranda yerləşən "Atlant” istirahət mərkəzindəki konsert proqramı baş tutmayıb.

İcmal.Az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, müğənni ilə yanaşı, səhnəyə DJ Roşka və Ramil Nabran da çıxacaqmış. Ancaq ifaçıların çıxışı baş tutmayıb. Buna səbəb kimi təşkilatçı Asifin və "Atlant”ın administratorunun müğənniyə vəd etdikləri pulu verməmələri göstərilib:

"Asif adlı təşkilatçı behimizi verib, başımızı aldadıb bizi Nabrana qədər apardı. Şərtim öncədən bu idi ki, pulumu tam alıb, səhnəyə çıxacam. Razı idilər. Qonararmı vermədilər, mən də oxumadım. Sonradan Asif və "Atlant”ın adminstratoru aralarında nə danışdılar, nə düz qoş etdilər anlamadım. Hiss elədim ki, bunlar məni saatlarca gözlədib, səhnədə oxutdurub, pulumu vermək istəmirlər. Dedilər pul düzəlmir. Mən də səhnəyə çıxmadım və onlara dedim ki, ayıb olsun sizə görə mən iki toyumdan, ruzi bərəkətimdən imtina etdim. Konsertə razı oldum, Nabrana kimi gəldim, bəs nə oldu? Bilirsiz bu nədən qaynaqlanır ?! Başı çıxan da, çıxmayan da konsert təşkil edib müğənniyə təklif edir, biz də araşdırmadan razı oluruq. Mənə görə bilet alıb gələnlərdən üzr istəyirəm amma bu cür fırıldaqçıların təşkil etdiyi konsertdə çıxış edə bilməzdim”.

Məsələ ilə bağlı təşkilatçı Asif açıqlama verib. O, Şəbnəm Tovuzlunun iddialarının doğru olmadığını bildirib:

"Şəbnəm Tovuzlunun iddaları səhvdir. Ramil Nabran da, Dj Roşka da səhnəyə çıxıb. Bunun şəkilləri də var. Sadəcə, hesablamalar gedirdi. Burda böyüdəcək bir şey yox idi. Biz Şəbnəm xanıma dedik ki, 20 dəqiqə gözləyin biletləri hesablayıb sizin qonorarınızı verək. O da "gözləmirəm” deyib getdi. 20 dəqiqə səbr etsəydi, pulunu alacaqdı. Biz onun "beh”ini də vermişdik. Sadəcə 2 yerdə bilet satışı olduğuna görə o biletləri hesablamalıydıq”.

 

İcmal.Az

RƏYLƏR