Atletimiz bürünc medala sahib oldu - Bakı-2017

OXUNUB: 937 İDMAN
Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün kişilər arasında T11 kateqoriyasında uzunluğa tullanma yarışında Azərbaycan atleti bürünc medal qazanıb.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz Zeynidin Bilalov 5,22 metr nəticə ilə bürünc medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR