ATQB Şuranın dəstəyi ilə 100 ailəyə humanitar yardım edib

OXUNUB: 711 SOSİAL

Azəri-Türk Qadınlar İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "COVID-19 pandemiyası ilə bağlı az təminatlı ailələrə yardım göstərilməsi” layihəsini həyata keçirir. Layihə çərçivəsində aztəminatlı 100 ailəyə humanitar yardım edilib. Humanitar yardıma 50 azn dəyərində "Araz” marketlər şəbəkəsinin ərzaq kuponu daxildir. Humanitar yardım poçt vasitəsi həmin ailələrə göndərilib. Qeyd edək ki, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdır.


RƏYLƏR