ATV də Prezidentin çağırışına qoşuldu – 50 min ianə

OXUNUB: 844 SOSİAL
"Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürüb.

7News.Az xəbər verir ki, dünyada yayılmış koronavirusun (COVID-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər. "Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası da bu təşəbbüsə qoşularaq 50 min manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
 
 
 
İcmal.Az

RƏYLƏR