ATV-dəki verilişlə məşhurlaşan gəlin namizəd özünü körpüdən atdı - Müəmmalı ÖLÜM - VİDEO - FOTO

OXUNUB: 1119 HADİSƏ
ATV ekranlarında yayımlanan "Gözüm Sende" proqramında ər axtaran 24 yaşlı Yağmur Yasemin Sarı müəmmalı şəkildə həlak olub.

Esin və Vedat Sarı cütlüyünün üniversiteti yeni bitirən 24 yaşlı qızları Yağmur Yasemin Sarı dünyasın dəyişib. Yağmur Yasemin Sarının bu gün dəfn ediləcəyi deyilir. 

Keçən il qatıldığı verilişlə məşhurlaşan Yağmurun ölümüylə bağlı iddialar çoxalıb.

İddialara görə, narkotik asılısı olan sevgilisi ilə dava edən Yağmur Yasemin Sarı özünü Acıbadem Koşuyolu Köprüsündən atıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Yağmurun həyatını həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ATV ekranlarında keçən il yayımlanan "Gözüm Sende" adlı evlilik proqramına qatılan Yağmur Yasemin Sarı ona talib olan 4 oğlandan birinə "hə" deyib, ancaq münasibət nikahla yekunlaşmayıb./milli.az
 



İcmal.Az

RƏYLƏR