ATV-nin məşhur aparıcısını ilan sancdı - YENİLƏNİB + FOTO

OXUNUB: 765 HADİSƏ

Xəbər verdiyimiz kimi, məşhur teleaparıcı İlqar Mikayıloğlunu Füzuli rayonunda "İlqarla bir gün" verilişinin çəkilişləri zamanı ilan sancıb.

Teleaparıcının həyat yoldaşı Zülfiyyə Bayramova onun  hazırkı səhhəti barədə  məlumat verib.

"Aparıcıya lazım olan bütün təcili-tibbi müdaxilələr göstərilib. Vəziyyəti normaldır. Hazırda Bakıya gətirilir”, - deyə o bildirib.

14.26

ATV-nin aparıcısı İlqar Mikayıloğlunu Füzuli rayonu, Haramı düzündə çəkiliş zamanı ilan sancıb. Aparıcı yeni layihəsi olan "İlqarla bir gün" verilişini çəkirmiş.

Bu barədə  teleaparıcının həyat yoldaşı Zülfiyyə Bayramova məlumat verib. Teleaparıcının səhhəti ağır olduğundan dərhal hospitala çatdırılıb. /oxu

 

İcmal.Az

 

RƏYLƏR