Audiovizual Şura Venesiya Komissiyasının rəyinə cavab verib

OXUNUB: 127 index-manşet SOSİAL
Azərbaycanın Audiovizual Şurası Avropa Şurasının Venesiya Komissiyasının "Media haqqında” qanuna dair rəsmi rəyinə cavab verib.

 Şuradan bildirilib ki, Venesiya Komissiyası ilkin rəyində yol verdiyi bir sıra nöqsanları aradan qaldırıb:

"Rəyin son versiyasından əvvəlki variantları da mövcud idi. Həmin variantlarda bir sıra yanlış yanaşmalar və reallığı əks etdirməyən fikirlər yer alırdı. Lakin Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının Venesiya Komissiyası ilə yazışmalarından, müəyyən açıqlamalardan sonra rəy indiki son halını almışdır. Dünən MEDİA agentliyi rəyə rəsmi münasibət bildirmişdir. Agentliyin münasibətində olan məqamlar əslində bütün media fəaliyyitnə aiddir və oradakı fikirlər həm də Şuranın fikirlərini əks etdirir".

Audiovizual Şuradan vurğulanıb ki, Venesiya Komissiyasının rəyində əksini tapan bir sıra nüanslarla razılaşmaq mümükün deyil: "Rəydə əksini tapan fikirlərdən biri odur ki, tənzimləyici qurum dövlət büdcəsindən yox lisenziya rüsumlarından əldə edilən gəlirlərdən maliyyələşməlidir. Belə hal, bir sıra Avropa dövlətlərində mövcuddur. Bu normaldır, belə ki, həmin ölkələrdə lisenziyalar ortalama olaraq 4-6 il müddətinə verilir və lisenziya rüsumları da kifayət qədər yüksəkdir. Bu məbləğlər 10000 – 100000 Avro arası rəqəmlərlə ölçülür. Azərbaycanda isə lisenziyların müddətsiz verildiyini, dövlət rüsumunun məbləğlərinin isə çox az, hətta bəzi hallarda, xüsusən, audiovizual media üzrə lisenziyaların alınması üçün "Dövlət rüsumu haqqında” Qanuna edilmiş son dəyişikliklərdən sonra simvolik rəqəmlərlə ifadə olunduğunu nəzərə alaraq bu mümkün deyildir. Həm də Avropada tənzimləyici qurumlar təxmini olaraq 75% hallarda tam və ya qismən dövlət büdcəsindən maliyyə alır. Maliyyələşmənin tam şəffaflığını nəzərə alaraq dövlət büdcəsindən maliyyələşmə metodunun tənzimləyici qurumun müstəqilliyinə xələl gətirəcəyi fikirləri ilə razılaşa bilmərik".

Venesiya Komissiyasının Azərbaycanda audiovizual media fəaliyyətlərinin bəzilərinə lisenziya verilməsi yox, onlar üçün sadə qeydiyyat prosedurunun olması barədə təklifinə gəlincə Şuradan bildirilib ki, Azərbaycanda audiovizual media fəaliyyəti üzrə qeydiyyat proseduru nəzərdə tutulmayıb: "Bu fəaliyyət növü lisenziya tələb edir. Amma lisenziyaların verilməsi prosedurunun iki formada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Birinci prosedur müsabiqə əsasında həyata keçirilir. Belə prosedurla lisenziyanın verilməsi yalnız məhdud resurslardan istifadə edən audiovizual media fəaliyyəti növlərinə aiddir. İkinci prosedur isə müsabiqə keçirilmədən lisenziyanın verilməsidir ki, bu elə həmin ölkələrdə mövcud olan qeydiyyat proseduruna bənzər formal lisenziya prosedurudur. Bu prosedurla kabel, İP, OTT, internet üzərindən yayımlanan platforma yayımçılarına, habelə platforma operatorlarına lisenziya verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, 2003-cü ildən bəri Azərbaycan Respublikası Audiovizual Şurasına (əvvəllər Milli Televiziya və Radio Şurasına) 50-dən çox operator fəaliyyətinin lisenziyalaşdırılması barədə müraciət daxil olmuş və bir dəfə də olsun Şura imtina barədə qərar qəbul etməmişdir. Hətta daxil olan sənədlərdə çatışmazlıqlar olduğu hallarda Şura mütəxəssisləri onları aradan qaldırmağa dəstək göstərib, amma müraciətləri geri çevirməyiblər. Hazırda da həmin operatorlar normal şəkildə fəaliyyət göstərirlər. Həmçinin, bəzi Avropa ölkələrində Azərbaycanda olduğu kimi formal lisenziya proseduru və tender üzrə lisenziya proseduru mövcuddur. Qanun layihəsi işlənəndə məhz bu model Azərbaycan qanunvericiliyinə uyğun olduğundan əsas kimi götürülüb".

Bildirilib ki, Audiovizual Şuraya media subyektlərinə verilmiş lisenziyalara xitam verməklə bağlı böyük səlahiyyət verildiyi haqqında iddialar da doğru deyil: "Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da audiovizual media subyektlərinə qarşı bir sıra sanksiyaların tətbiq olunması mümkündür və bu məsələ bir sıra qanunlarla tənzimlənir. Belə sanksiyala xəbərdarlıq, yayımın 1-24 saat arası dayandırılması, yayımın 1-30 gün arası dayandırılması, 3000 – 8000 manat arası olan maliyyə sanksiyasının tətbiq olunması, lisenziyanın müvəqqəti dayandırılması və lisenziyanın ləğvi kimi sanksiyalar daxildir. Təbii ki, hər hansı bir ağır sanksiyanın tətbiqindən əvvəl subyektə qarşı yüngül sanksiyaların tətbiqi mümkündür və qanunvericilik özü də bunu tələb edir. Şuranın qəbul etdiyi bütün qərarlar, o cümlədən, hər hansı sanksiyanın tətbiq olunması və ya lisenziyanın ləğvi kimi ən sərt cəzanı ehtiva edən qərarlar belə məhkəmə müstəvisində iddialandırıla bilər".

RƏYLƏR