Avqustun 12-si möhtəşəm astronomik hadisə yaşanacaq

OXUNUB: 693 DÜNYA

Avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək.

Həmin gecə planetimizin sakinləri möhtəşəm astronomik fenomenin şahidi olacaqlar.

Sözügedən meteorit axını hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir.

Bu ecazkar astronomik hadisə zamanı planetimizin sakinləri keçən ildən fərqli olaraq, iki dəfə daha çox "düşən ulduz” görəcəklər. Belə ki, ötən il gecə səmasında müşahidə olunan meteoritlərin sayı saatda 80 idisə, cari ildə bu orta hesabla saatda 160 meteoriti görmək mümkün olacaq.

Ulduz yağışını gecə yarısından günəş doğana kimi müşaidə etmək mümkündür.

Meteor axınının fəaliyyətinin növbəti artımı 2028-ci ildə gözlənilir./publika

İcmal.Az

RƏYLƏR