Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

OXUNUB: 242 Özəl DÜNYA
Putinin qismən səfərbərlik elanından sonra Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Türkiyə həmçinin Ukraynanın şərqində keçirilməsi planlaşdırılan referendumları "qanunsuz” adlandırıb.

7NEWS.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsində qismən səfərbərlik elan etdikdən sonra Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri qeyri-rəsmi görüşdə Moskvaya qarşı görüləcək yeni tədbirləri müzakirə ediblər. Görüş haqqında məlumat verən Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, planlaşdırılan yeni məhdudlaşdırıcı tədbirlər ən qısa zamanda keçiriləcək rəsmi iclasda qərarlaşdırılacaq. Aİ üzvlərinin Rusiyaya qarşı koordinasiyalı şəkildə hərəkət etməsini hədəflədiklərini vurğulayan Borrell, yeni sanksiyaların ayrı-ayrı şəxslərə və müəyyən qollara qarşı ola biləcəyini ifadə edib.

7NEWS.az

RƏYLƏR