Avropa İttifaqında yeni struktur yaradılır

OXUNUB: 628 DÜNYA

Aİ Şurası ümumi Avropa Prokurorluğunun (EPPO) yaradılmasını dəstəkləyib. Bu struktur dələduzluq və Avropa İttifaqının maliyyə maraqları ilə bağlı digər cinayətləri araşdıracaq. 

Bu barədə təşkilatın yaydığı məlumatda bildirilir. 

Qeyd edilir ki, EPPO-nun mərkəzi Lüksemburqda yerləşəcək.

Yeni strukturun yaradılmasının lehinə Aİ üzvü olan 28 ölkədən 20-si səs verib./oxu

İcmal.Az

RƏYLƏR