Avropa İttifaqının Rusiyadan qaz idxalı 1 ildə 70% azalıb

OXUNUB: 311 Özəl İQTİSADİYYAT DÜNYA
Avropa İttifaqının (Aİ) Rusiyadan idxal etdiyi təbii qazın miqdarı iyul ayında əvvəlki ilin eyni ayına görə təxminən 70 faiz azalaraq gündəlik 100 milyon kubmetrin altına düşüb.

7NEWS.az xəbər verir ki, Avropa İttifaqının müharibədən sonra tətbiq etməyə başladığı sanksiyaların əhəmiyyətli hissəsi Rusiyadan idxal olunan qalıq yanacaqlardan asılılığın azaldılmasına yönəlmiş addımları əhatə edir. Bu kontekstdə Avropa İttifaqı ilin sonuna qədər Rusiyadan neft idxalını tamamilə, eyni zamanda təbii qaz idxalını üçdə iki azaltmağı hədəfləyir.

7NEWS.az

RƏYLƏR