Avropa Komissiyasının prezidentinin görüntüləri hər kəsi təəccübləndirdi - VİDEO

OXUNUB: 580 DÜNYA

Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker NATO sammitində ayaq üstə dura bilməməsi ilə diqqət çəkib.

Sədr Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO liderlərinin sammitində iştirak edərkən özünü tənzimləyə bilməyib və köməyə ehtiyac durub. Ayaq üstə dayana bilməyən sədrə yardım göstərilib.

Media mənsubları həmin anları görüntüləyib. İlkin ehtimallara görə, Jan-Klod Yunker səhhətində yaranan problemlər səbəbindən müvazinətini itirib və ayaq üstə durmaqda çətinlik çəkib.

Bir qrup nəşr isə onun sammitə sərxoş halda qatıldığını iddia edib. Həmin görüntülərin sosial mediaya düşməsinin ardından 63 yaşlı Jan-Klod Yunkerin sümüklərində problem olduğu və bu səbəbdən sammitdə ayaq üstə qala bilmədiyi açıqlanıb. Avropa Komissiyasının sədri bu gün də vəzifəsinin icrasını aktiv olaraq davam etdirir.

İcmal.Az

RƏYLƏR