Avropa Liqasının finalçıları məlum oldu – VİDEO – YENİLƏNİB

OXUNUB: 880 İDMAN

Avropa Liqasında finalçıların adları məlum olub. 

İcmal.Az xəbər verir ki, Zalsburqda keçirilən matçda "Red Bul Zalsburq” Fransanın "Marsel” klubu ilə üz-üzə gəlib. Oyunda hesabı "Red Bul” açıb. Aydarra 53-cü dəqiqədə cərimə meydançasında Peleni aldadaraq topu qapıdan keçirib.  63-cü dəqiqədə Sarr avtoqola imza atıb.

Oyunun əsas vaxtı  "Red Bul Zalsburq” 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ümumi nəticələr bərabərləşdiyinə görə matç əlavə vaxta uzanıb. 116-cı dəqiqədə Rollandu baxımlı qol vuraraq "Marsel”in  finala "biletini” təmin edib.

Qeyd edək ki, yarım saat əvvəl başa çatmış paralel matçda "Atletiko” "Arsenal” üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

Mayın 16-da Fransanın Lion şəhərində keçiriləcək finalda "Marsel”  "Atletiko” ilə qarşılaşacaq.

00:59

Avropa Liqasında yarımfinal mərhələsinin cavab matçları keçirilib. 

İcmal.Az xəbər verir ki, Madridin "Vando Metropolitano” stadionunda "Atletiko”  İngiltərənin "Arsenal” klubunu qəbul edib. Matç 1:0 madridlilərin xeyrinə başa çatıb. Oyunda yeganə qolu Dieqo Kosta vurub (45+2).

İki oyunun nəticələrinə görə "Atletiko” finala vəsiqə qazanıb.

Paralel olaraq Zalsburqda keçirilən matçda isə  "Red Bul Zalsburq” Fransanın "Marsel” klubu ilə üz-üzə gəlib.Oyunun əsas vaxtında"Red Bul Zalsburq” 2:0 hesabı ilə üstün olub. Ümumi nəticələr bərabərləşdiyinə görə matç əlavə vaxta uzanıb.

Qeyd edək ki, Avropa Liqasının final matçı mayın 16-da Fransanın Lion şəhərində keçiriləcək.

İcmal.Az

RƏYLƏR