Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

OXUNUB: 207 Funksiyalar Texnologiya CƏNUBİ QAFQAZ SİYASƏT

Bakı. 27 aprel. / Avropa Mərkəzi Bankı (ECB) bugünkü iclasında uçot dərəcəsini dəyişdirməyərək yenidən 0% səviyyəsində təsdiqləyib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bununla yanaşı, ECB monetar ekspanisya proqramı çərçivəsində aylıq istiqraz alışının həcmini 80 mlrd. avrodan 60 mlrd. avroya endirib. 

Həmçinin, ECB depozit faizini -0,4% və marjinal borcvermə faizini 0,25% səviyyəsində təsdiqləyib. Bank açıqlamasında atdığı addımı iqtisadiyyatın yavaş tempdə toparlanması və bölgədə dalğalanma riskinin davam etməsi ilə izah edib.

Qeyd edək ki, ECB-nin qərarı maliyyə bazarları tərəfindən əvvəlcədən ehtimal edildiyinə görə, avronun məzənnəsində ciddi dəyişiklik olmayıb.

RƏYLƏR