Avropa Parlamentində ən genişmiqyaslı məlumat sızması baş verib

OXUNUB: 1224 DÜNYA
Avropa Parlamenti yeni təhlükəylə üzləşib.

İcmal.az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, burada tarixin ən genişmiqyaslı məlumat sızması baş verib.

Belə ki, işçilərin və təşkilat üzvlərinin mindən çox hesabı və Aİ işləri üzrə digər ekspertlərin 15 min hesabı hakerlərin əlinə keçib.

E-mail adresləri, şifrələnmiş parollar daxil olmaqla, şəxsi məlumatlar internetə sızıb.

Mütəxəssislər hakerlərin oğurlanmış bazadan istifadə edə bilməyəcəkləri iddia edirlər.

"Bu məlumatlar köhnə saytda istifadə olunub. Hazırda istifadəçilər üçün heç bir təhlükə yoxdur, çünki ötən il istifadəyə verilən yeni saytda hər üç aydan bir şifrələr dəyişilir", - deyə Avropa Xalq Partiyasının nümayəndəsi Pedro Lopez de Pablo izah edib.

Lakin, buna baxmayaraq, riskinn hələ də mövcud olduğunu deyənlər də var. Təhlükəsizlik mütəxəssislərinin müəyyən etdiyi kimi, bəzi deputatlar onlarla resurslara daxil olmaq üçün eyni şifrədən istifadə edirlər.

RƏYLƏR