Avropa Şurası Ermənistanın bəyanatını cəfəngiyyat adlandırdı

OXUNUB: 576 SİYASƏT

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın guya Azərbaycanın qurumda üzvlüyünün dayandırılması təşəbbüsü ilə çıxış etdiyini bəyan etməsi cəfəngiyyatdır.

İcmal.Az xəbər verir ki, bu barədə Trend-ə Avropa Şurası baş katibinin mətbuat katibi Daniil Holdqen deyib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan T.Yaqlandın rəsmi Bakının AŞ-də üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib.

İcmal.Az

RƏYLƏR