Avropa Şurasının təmsilçiləri Mətbuat Şurasında olub

OXUNUB: 502 SİYASƏT
Avropa Şurasının Gender Bərabərliyi Şöbəsinin müdiri Katerina Boloqnese və həmin şöbənin əməkdaşı Sara Haapaleinen Azərbaycan Mətbuat Şurasında olub.

Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, xüsusən də beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Mətbuat Şurasının Avropa Şurası, o cümlədən Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə sıx əlaqələrinin mövcudluğunu vurğulayan sədr əlavə edib ki, indiyədək reallaşdırılmış müştərək işlər həm Avropa Şurasının təmsilçisi Mətbuat Şurasında olub ümumi peşəkarlıq səviyyəsinin, həm hüquqi biliklərinin artırılmasına, həm də söz və ifadə azadlığının müxtəlif aspektlərinin dəyərləndirilməsinə xidmət edib. Bununla bağlı müsbət nəticələr də var. Mətbuat Şurasının Avropa Şurası ilə birgə reallaşdırdırdığı «Gender bərabərliyi və media» layihəsindən söz açan Ə.Amaşov bu təşəbbüsün də səmərəli tərəfləri üzərində dayanıb.

Avropa Şurasının Gender Bərabərliyi Şöbəsinin müdiri Katerina Boloqnese də təmsil olunduğu qurumun Mətbuat Şurası ilə qarşılıqlı əməkdaşlığından danışıb. O, indiyədək əldə edilmiş nailiyyətlərin perspektiv fəaliyyət baxımından mühüm baza rolunu oynadığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, gələcək planların həyata keçirilməsi yolları nəzərdən keçirilib.
 
 
 
İcmal.Az

RƏYLƏR