Avropada dərmanlı yumurta böhranı

OXUNUB: 821 DÜNYA

Fransa kənd təsərrüfatı naziri Stefan Travert Avropadakı dərmanlı yumurta böhranı səbəbilə ölkədəki bəzi istehsal müəssisələrində yoxlanışın aparılması barədə qərar qəbul etdiklərini açıqlayıb.

Travert mətbuat konfransı keçirərək qalmaqalı dəyərləndirib, Belçika və Hollandiya rəsmiləri barədə sərt fikirlər səsləndirib. 

Nazir ölkə ərazisindəki müəssisələrdə yoxlanışların aparılacağını və problemin yalnız istehsal yerlərində olmadığını deyib.

Qeyd edək ki, Almaniya və Hollandiyada istehsal edilən yumurtalarda "fipronil" adlı həşərat dərmanı tapılıb və bu maddənin digər Avropa ölkələrindəki quşçuluq məhsullarında olması ehtimal edilir. Quşçuluqda bit və gənənin qarşısını almaq üçün istifadə edilən bu dərmanın yumurtalardakı miqdarı insan həyatı üçün təhlükəli olacaq səviyyədədir. Məsələni çətinləşdirən digər məsələ isə bu maddənin Avropa İttifaqı ölkələrində qadağan edilməsidir. 

Fakt aşkarlandıqdan sonra çox sayda müəssisə fəaliyyətinə ara verib və milyonlarla yumurta rəflərdən qaldırılıb./qaynarinfo

 

İcmal.Az

RƏYLƏR