Avropada həyəcan təbili — Latışlar 100 il sonra tarix səhnəsindən silinəcək

OXUNUB: 968 DÜNYA
Beynəlxalq Miqrasiya Təşkilatının Riqa ofisinin sədri İlmars Mezs latışlarla bağlı yeni açıqlama verib.

Demoqrafik artımın bu səviyyədə qalacağı vəziyyətdə latışlar bir millət olaraq yox olmaq təhlükəsi ilə üz-üzə qalacaqlar.

Mezs deyib: "Hər yeni nəsildə əvvəlkinə nisbətən daha az insan dünyaya gəlir. Bunun uzun müddət belə davam edə bilməyəcəyini anlamaq üçün alim olmaq lazım deyil. Latviya son beş ildə əhalinin 5%-ini, yəni 92 min nəfərini itirib. Bu məlumatlar belə davam etsə, növbəti yüz ildə latışlar tarix səhnəsindən silinə bilər".

Müstəqillikdən sonra 25 il ərzində Latviyada ölənlərin sayı yeni dünyaya gələnlərin sayından üstün olub. Bundan başqa 10 min latış ölkəni tərk edib. 5-10 il sonra isə doğuş səviyyəsi daha da aşağı düşəcək. Əgər hər ailədə 2-3 uşaq olsa, latışların sayı 100 ildən sonra da dəyişməyəcək"./olke.az
 
İcmal.Az

RƏYLƏR