Avropada terror aktları hazırlayan cinayətkar Belarusda saxlanıldı

OXUNUB: 831 DÜNYA

"Belarusda terrorizmdə şübhəli bilinərək saxlanılan şəxslərdən biri Avropada terror aktı hazırlayırdı", - bunu MTK-nin sədri Valeri Vakulçik bəyan edib.     

"Sonuncu saxlanılan şəxs (Almaniyada) DİN orqanı əməkdaşları ilə bərabər keçirilən əməliyyat nəticəsində saxlanılıb. Baxış zamanı həmin şəxsdə partlayıcı qurğu aşkar edilib”, - Vakulçuka istinadən Sputnik Belarus agentliyi məlumat yayıb. 

Onun sözlərinə görə, 2017-ci ilin əvvəlindən respublikada terror təşkilatına aidiyyəti olan səkkiz nəfər saxlanılıb. 2016-cı ildə bu göstərici 17, 2015-də isə 21 nəfərdən ibarət idi. Saxlanılan şəxslərdən biri Almaniyadan gəlib. 

"Ölkəmizdə digər ölkələrdə olduğu kimi, belə hadisələrin baş verməsinə, insanların ölümünə yol verə bilmərik. Buna ciddi yanaşmalıyıq”, - MTK-nin sədri bildirib. /oxu

 

İcmal.Az

RƏYLƏR