Avropanın 2 nəhəng təşkilatı Londonu tərk edir - VİDEO

OXUNUB: 704 İQTİSADİYYAT

Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra bəzi təşkilatlar da ölkədən çıxmağa hazırlaşır.

İcmal.Az xəbər verir ki, bu barədə "APA TV" "Euronews"a istinadən məlumat verib.

Bildirilir ki, Londondakı Avropa Dərman Vasitələri Agentliyi (EMA) Amsterdama, Avropa Bankçılıq Assosiasiyası (EBA) isə Parisə köçürüləcək. Qərar Ümumi İşlər Şurasının iclasında Avropa Birliyinin 27 üzv dövləti tərəfindən də təsdiq edilib. Avropa bank sektoruna nəzarət edən ABA səkkiz ölkəni məhkəməyə verib. Təşkilat dövlətlərin bank sektorunu tənzimləyən qurumların AB-nin qaydalarını düzgün tətbiq edib-etmədiyini yoxlayır.

Avropa Dərman Vasitələri Agentliyi isə insan və heyvanlar üçün əczaçılıq bazarına nəzarət edir. 1995-ci ildə qurulan agentlik dərmanların bazara çıxarılıb-çıxarılmayacağına qərar verir, hər hansı bir dərman lisenziyasının ləğvində iştirak edə bilər. Bununla da maliyyə bazarındakı təxminən 10 minə yaxın iş yerinin İngiltərədən çıxacağı bildirilir. Ölkədə təxminən 700 milyon maliyyə sektorunun 2,2 milyon əməkdaşı Londondadır. Böyük Britaniyada maliyyə sektoru ölkənin iqtisadiyyatının təxminən 12 faizini təşkil edir.

İcmal.Az

RƏYLƏR