Avstriya, Polşa və Makedoniya da ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna (SRG) qoşulub

OXUNUB: 1039 SİYASƏT
Oktyabrın 4-də Andorrada ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun (Silk Road Support Group of the OSCE PA, SRG)ilk iclası keçirilib. Bu haqda SRG-nin katibi Mirkamal Əlizadə məlumat verib.İclası giriş sözü ilə açan Qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Guliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb və bu ilin iyulun 8-də Minskdə keçirilən təsis yığıncağından sonra görülən işlərlə əlaqədar məlumat verib. Üzv ölkələr SRG-nin əsasnaməsinə əlavə və dəyişikliyin yalnız konsessus yolu ilə edilməsi haqqında razılığa gəliblər. Bundan başqa Avstriya, Polşa və Makedoniyanın ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna üzvlüyü haqqında müracətlərinə baxılıb və yekdilliklə həmin ölkələr Qrupun üzvlüyünə qəbul edilib. Azərbaycan və Çinin birgə təşkilatçılığı ilə Bakıda "Bir Kəmər Bir Xətt layihəsinə” həsr olunan beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul edilib. Tədbirin tarixi, gündəliyi və iştirakçıları haqqında məlumatın qısa müddət ərzində hazırlanıb üzv ölkələrə göndərilməsi qrupun katibliyinə tapşırılıb. Bundan başqa Gürcüstan nümayəndə heyəyətinin üzvü Corc TseritelininSRG-nin növbəti tədbirinin Gürcüstanda hökumət nümayəndələrinin iştirakı ilə keçirilməsi haqqında irəli sürdüyü təşəbbüs də dəstəklənmişdir.
İclasda çıxış edən Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə həyətinin başçısı Bahar Muradova Bakıda keçitiləcək "Bir Kəmər Bir Xətt layihəsinə” həsr edilən konfransın əhəmiyyətini vurğulayıb və iştirakçıları Azərbaycan parlamenti adından tədbirin yüksək səviyyədə təşkil olunacağına əmin edib.
İclasda söz alan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş Katibi Asəf Hacıyev təmsil etdiyi qurumun SRG ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib və 2018-ci ildə İstanbulda birgə tədbirin keçirilməsini təklif edib. Təklifə səsə qoyularaq qəbul edilib.
Sonda SRG-nin loqosu, saytı, tvitter hesabı və video çarxı nümayiş etdirilib. Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu bu ilin iyul ayının 8-də Azərbaycanın millət vəkili Azay Quliyevin təşəbbüsü ilə ATƏT PA-nın Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilmişdir.Bu təşəbbüs 17 ölkə- Albaniya, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukraynatərəfindən dəstəklənmiş və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılmışdır.
Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə SRG-ə üzv ölkələrin sayı 20-ə çatmışdır.
 
İcmal.Az

RƏYLƏR