Avstriyada türklərə qarşı çirkin əməl – VİDEO

OXUNUB: 672 DÜNYA

Türkiyənin Avstriyadakı konsulluğu Vyana hava limanına gedərək, məsələni yerində araşdırıb.

Avstriyadan Türkiyəyə gəlmək üçün Vyana hava limanında təyyarə gözləyən türklər çirkin davranışla üzləşiblər. Yerli polis yanlarında gəzdirdikləri köpəkləri türk sərnişinlərin üzərinə salıb.

 Hadisə 13 oktyabrda baş verib. Polisin çirkin rəftarı, sosial şəbəkələrdə sürətlə yayılan videoya reaksiya sərt olub.

Avstriya polisi türk sərnişinlərə "üstünüzdə nə qədər pul var" sualını verib.

Son olaraq, Türkiyənin Avstriyadakı konsulluğu Vyana hava limanına gedərək, məsələni yerində araşdırıb. Hadisənin təfərrüatları barədə hələlik açıqlama verilməyib.

Həmin hadisə Atatürk hava limanında da təkrarlandı. Belə ki, oktyabrın 20-də Türkiyədən Vyanaya uçan türk sərnişinləri də itlər vasitəsi ilə yoxlanıldıqdan sonra təyyarəyə buraxılıblar. Maraqlısı isə odur ki, Bu cür yoxlamalar digər ölkə vətəndaşlarına tətbiq olunmayıb.

Hadisə diplomatik qalmaqala səbəb olub./oxu

 
İcmal.Az

RƏYLƏR