Avtobus sürücüsündən şəhid anasına qarşı TƏRBİYƏSİZLİK - Kameraya düşdü - FOTO

OXUNUB: 663 DÜNYA

Türkiyənin Adana şəhərində pulsuz nəqliyyat kartı olmasına baxmayaraq şəhid anası olan yaşlı qadından 2,5 lirə gediş haqqı tələb edən şəhər daxili sərnişin avtobusu sürücüsü Eren G. polis tərəfindən saxlanılıb.

Sürücünün şəhid anasına qarşı həyasızca davrandığı o an avtobusun təhlükəsizlik kamerasında əks olunub.

Hadisə 4 fevral günü baş verib.

Şəhid anası ilə avtobus sürücüsünün dialoqunu təqdim edirik:

Şəhid anası: Sən əsgərlikdə xidmət etdinmi?

Eren G.: Etdim, xala. Niyə etməyim ki?!

 

Şəhid anası: Biz də vətənə şəhid verdik.

Eren G.: Verə bilərsən. Mən vergimi verirəmmi? Verirəm. Dövlət sənə bu haqqı veribsə, mənə də pulunu vermək məcburiyyətində. Bu, özəl sərnişin avtobusudur, dövlətin avtobusu deyil. Benzin yandırır. 

Sürücünün prokurorluqda dindirlməsi davam edir./milli

Avtobus sürücüsündən şəhid anasına qarşı TƏRBİYƏSİZLİK - Kameraya düşdü - FOTO

Avtobus sürücüsündən şəhid anasına qarşı TƏRBİYƏSİZLİK - Kameraya düşdü - FOTO

İcmal.Az

RƏYLƏR