Avtobus sürücüsündən təhlükəli hərəkətlər: 120 ilə sürür... (VİDEO)

OXUNUB: 760 SOSİAL

Bakıdan Qazaxa sərnişin aparıb gətirən sürücü kobud qayda pozuntusuna yol verib.

O, sərnişinlərin həyatını böyük təhlükəyə ataraq, maksimum sürəti saatda 90 kilometr olan yolda avtobusu 120 ilə idarə edib. 

Gah sağ, gah da sol zolağa çıxır.

Növbəti avtobus sürücüsünün kobudluğu Bakı-Ələt-Qazax yolunda qeydə alınıb. Şahidlərdən biri Bakıdan-Qazaxa sərnişin aparan avtobus sürücüsünün sürət həddini aşması ilə əlaqədar həvəskar çəkiliş edərək ”Xəzər Xəbər”ə göndərib. 

Kadrlardan aydın olur ki, sürücü sərnişinlə dolu avtobusu, minik maşınları üçün maksimum sürəti saatda 110 kilometr olan yolda 120-lə idarə edir.

 
 
İcmal.Az

RƏYLƏR