Avtobusdan istifadə edənlər, MÜTLƏQ OXUYUN - VİDEO - FOTO

OXUNUB: 592 SOSİAL

ARB TV-nin "Günə doğru" verilişi bəzi avtobusların kondisionerinin, ümumiyyətlə olmaması barədə süjet hazırlayıb.

Yay fəslinə hələ qalıb, amma istilər artıq gəlib. Bu dəmdə avtobuslardakı kondisioner məsələsi yada düşür. Bəzi avtobuslarda var, bəzilərində isə yoxdur. Bəs qanun bu məsələdə nə deyir?

Azər Allahverənov - Ekspert: "Avtobuslarda yay vaxtı kondisionerin və qışda istilik sisteminin işləməsi mütləqdir. Bu faktiki olaraq yol hərəkəti haqqında qanunda göstərilir. Yazılır ki, bu xidmətlər təmin olunmalıdır. İnzibati Xətalar Məcəlləsinə nəzər salsaq, bu barədə hər hansı bir cərimə sanksiyası yoxdur. Yəni bu inzibati xəta sayılmır". 

İnzibati xəta sayılmırsa, deməli, kondisionersiz avtobusa görə heç kim məsuliyyət daşımır. Amma buna baxmayaraq sərnişindaşıma şirkətlərindən birinin sürücüsü deyir ki, artıq avtobuslarında kondisioner işləyir.

Sürücü: "Ayın 17-dən bizə müdriyyət tərəfindən göstəriş verildi. Səhər saat 9-dan axşam saat 8-ə qədər kondisioneri işlədirik"

Baxaq digər istiqamətə. Məsələn, elə sərnişinlər olur ki, avtobusların kondisionerlərinin işləməsindən narazıdır. 

Dispeçer: "Bəzi sərnişinlər hətta səhər saat 6-da, kondisionerə ehtiyac olmadığı bir vaxtda sürücüdən tələb edirlər ki kondisioneri işə salsınlar".

Düzdür, səhər saat 6-da hava isti olmadığından kondisionerin işlədilməsi düzgün deyil. Amma xidmət sahələrində belə hallar da olur. Çünki hər sərnişinin bir cür istəyi var. Bu istək bir yana, digər istəklər də olur.

Sürücü: "Körpə uşaqları olan sərnişinlər arasında birdən narazıçılıq olur ki, içəri soyuqdur. Onda da biz tənzimləyirik avtobusdakı havanı".

Yaxşı, avtobusun işləyən kondisioneri birdən xarab olduqda nə tədbir görülür?

Dispeçer: "Kondisioner texniki səbəbdən sıradan çıxırsa, avtobus xətdən çıxarılır, təmir olunur, daha sonra xəttə fəaliyyətə göndərilir". 

Gördük ki, istilərə görə hansı avtobusda kondisioner varsa, işə salırlar. Amma elə avtobuslar var ki, onlarda, ümumiyyətlə, kondisioner yoxdur. Qanunda bu barədə məcburiyyət olmadığından sərnişindaşıma şirkətlərinin bəzi avtobusları kondisionersizdir. Əfsuslar olsun ki, bu avtobuslarda sərnişinlər bu yayı da istidə getməli olacaqlar. 

İcmal.Az

Avtobuslarda istifadə edənlər - MÜTLƏQ OXUYUN

RƏYLƏR