Avtombil çaya düşdü - Qocalar belə can verdi / ANBAAN VİDEO

OXUNUB: 1037 DÜNYA

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Florida ştatında dəhşətli hadisə yaşanıb. İnsident ştatın Saus Cetti şəhərində baş verib.

Metbuat.az bildirir ki, qəza nəticəsində 88 yaşlı Yucin Heyden və onun 64 yaşlı qızı Kerol avtomobillə birlikdə çaya düşüb. Hadisə şahidlərinin sözlərinə görə, polisin və xilasedicilərin bütün səylərinə baxmayaraq, qocaların həyatını xilas etmək mümkün olmayıb. Xilasedicilər çayda batan avtomobili yalnız iki saatlıq axtarışlardan sonra quruya çıxarmağa müvəffəq olublar. Yerli sakinlər qəza nəticəsində həyatını itirən ata və qızının çox mehriban və şən insanlar olduğunu bildiriblər.

İcmal.Az

RƏYLƏR