Avtomobil restoran binasına girdi: ölənlər və xəsarət alanlar var

OXUNUB: 583 DÜNYA

ABŞ-ın Şimali Karolina ştatında avtomobil restoran binasına girib.

Hadisə Bessemer şəhərində baş verib. Qəza nəticəsində 2 nəfər ölüb. Onlardan biri yerli polis şerifinin köməkçisidir. Restorana girən avtomobilin sükanı arxasında isə onun atası olub.

Hadisə zamanı habelə bir neçə nəfər də xəsarət alıb. Onların dəqiq sayı açıqlanmır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Polisin məlumatına görə, sürücü nəqliyyat vasitəsini qəsdən restoran binasına sürüb. Cinayətkarın hadisəni törətməsi səbəbi açıqlanmır./publika

 

İcmal.Az

RƏYLƏR