Çavuşoğlu: Faciənin təkrarlanmasına izin verməyəcəyik

OXUNUB: 615 SİYASƏT

Xocalı faciəsini unutmadıq və bu faciənin bir daha təkrar olunmasına izin verməyəcəyik.

İcmal.Az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter”dəki səhifəsində yazıb.

"Xocalıda yüzlərlə azərbaycanlı qardaşımız, soydaşımız vəhşicəsinə qətlə yetirildi”, - deyə M.Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımdan 26 il ötür.

İcmal.Az

RƏYLƏR