Çavuşoğlu: Münaqişənin həlli məsələsində səylərimizi koordinasiya etməliyik

OXUNUB: 622 SİYASƏT

"Münaqişənin həlli məsələsində bir-birimizi dəstəkləməli, səylərimizi koordinasiya etməli və buna son qoyacağımıza əmin olmalıyıq".

İcmal.Az "Report"a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşünün yekununda deyib.

"Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirik. Terrorla mübarizədə də bir-birimizə dəstək olmalıyıq", - M.Çavuşoğlu bildirib.

İcmal.Az


RƏYLƏR