Çavuşoğlu: Terrorçuların Afrində cəmləşməsinə imkan verməyəcəyik

OXUNUB: 574 DÜNYA

Türkiyə heç bir terrorçu qruplaşmanın Afrinə cəmləşməsinə imkan verməyəcək.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyanat verib.

Türkiyəli ali diplomat bildirib ki, bundan əvvəl rejimə yaxın, özlərini "xalq qüvvələri” adlandıran qruplaşmanın üzvləri Afrinə daxil olmağa çalışıb.

Türkiyə ordusu atəş açaraq onları geri çəkilməyə məcbur edib.

Çavuşoğlunun sözlərinə görə, Türkiyə üçün prioritet Suriyanın ərazi bütövlüyünün qorunub-saxlanılmasıdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə "Azad Suriya ordusu” ilə birgə Suriyanın Afrin şəhərinin terrorçulardan təmizlənməsi üçün "Zeytun Budağı” əməliyyatına başlayıb./oxu

İcmal.Az

RƏYLƏR