Çavuşoğludan ABŞ-ı TƏHDİD ETDİ: "Ya bunu edəcəksiniz, ya da..."

OXUNUB: 598 DÜNYA

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Ankaraya gözlənilən səfəri şərh edib.

Çavuşoğlu ya əlaqələrin düzələcəyini, ya da tamamilə pozulacağını bildirib.

"Xüsusilə çöl bölgələrində - İraq sərhədinə yaxın ərazilərdə İŞİD döyüşçüləri var. YPG ilə əməkdaşlığı davam etdirmək üçün bir bəhanə olaraq bu ərazilərdəki İŞİD-ə toxunmurlar. Afrində YPG terrorçuları həbsdə olan İŞİD döyüşçülərini buraxdılar və onlar Türkiyə ilə Azad Suriya Ordusuna qarşı döyüşürlər. Terrorçuları həm havadan, həm də qurudan təmizləyirik. ABŞ lazım olan addımları atmasa, bu Fərat çayının şərqi üçün də keçərlidir. Afrini də Suriya xalqına təhvil verəcəyik”, - Türkiyə xarici siyasət idarəsinin başçısı deyib.

Türkiyəli nazir ABŞ-dan gözləntilərinin aydın olduğunu vurğulayıb:

"Müəyyən mövzuların müzakirə edilməsi üçün itirilən etibarı bərpa etmək məcburiyyətindəyik. Türkiyə heç bir dostuna qarşı yanlış addım atmaz. Lakin ABŞ-dan ciddi yanlışlar görmüşük. ABŞ bizə verdiyi sözləri yerinə yetirmir. Xalqımızın da, hökumətin də ABŞ-a etibarını itirməsi təbiidir. İndi vədlərin verilməsini deyil, konkret addımların atılmasını istəyirik. Bunu Tillersondan da istəyəcəyik. Əlaqələrimiz çox kritik nöqtədədir. Ya əlqələri düzəldəcəyik, ya da bu əlaqələr tamamilə pozulacaq”./publika

İcmal.Az

RƏYLƏR