Axtardığı qızlarını Adnan Oktarın verilişində görən ata HƏYATININ ŞOKUNU YAŞADI - VİDEO - FOTO

OXUNUB: 710 DÜNYA

Avstriyada yaşayan şəxs uzun zamandır xəbər alamadığı 2 qızını Adnan Oktarın proqramında görüb.

Qarşılaşdığı mənzərədən həyatının şokunu yaşayan 44 yaşlı ata Elvan Koçak Türkiyəyə gələrək Oktardan hüquq-mühafizə orqanlarına şikayət edib.

7 il öncə ayrıldığı həyat yoldaşı Gülperi T.-nin övladları Ş.K.(19), B.K.(17) və oğlu M.K(17) ilə birlikdə Türkiyəyə getdiyini və uşaqlarından uzun müddət xəbər ala bilmədiyini deyən kişi bu həftə sonu bir qohumlarının "Sənin qızların Adnan Oktarın yanında" sözləri ilə dəhşət yaşadığını bildirib. Elvan Koçak "Qızlarımdan B. və əkizi olan M.-nin hələ 17 yaşları var. Təhsillərini yarımçıq qoyub Adnan Oktar tərəfindən yeri bəlli olmayan bir oteldə saxlanıldıqlarını eşitmişəm. Uşaqlarımdan, sadəcə, Ş. mesajlarıma cavab verir. O mesajları da qızımın yazdığına inanmıram. Çünkü Ş.-nın türkcəsi və yazma tərzinə bənzəmir" deyib./milli

 

İcmal.Az

Axtardığı qızlarını Adnan Oktarın verilişində görən ata HƏYATININ ŞOKUNU YAŞADI - VİDEO - FOTO

Axtardığı qızlarını Adnan Oktarın verilişində görən ata HƏYATININ ŞOKUNU YAŞADI - VİDEO - FOTO


Axtardığı qızlarını Adnan Oktarın verlişində görən ata HƏYATININ ŞOKUNU YAŞADI

RƏYLƏR