Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda tutuldu

OXUNUB: 755 HADİSƏ

Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər nəticəsində uzun müddət Azərbaycanda qanunsuz yaşayan Türkiyə vətəndaşı Hasan Tekbıçak saxlanılıb.

DMX-nin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, aparılmış araşdırmalar zamanı Hasan Tekbıçakın "İnterpol" tərəfindən axtarışda olduğu və cinayət məsuliyyətindən yayınmaq məqsədilə Azərbaycanda məskunlaşdığı məlum olub.
 
Hasan Tekbıçak aidiyyəti üzrə daxili işlər orqanlarına təhvil verilib.

İcmal.Az

RƏYLƏR