“Ay qız, beynimi çöndərmə...” - Vüsaləylə Günelin davası

OXUNUB: 937 ŞOU-BİZNES

Ötən gün "Maşın” realiti şousunun tamaşaçıları yeni bir qalmaqalın şahidi olublar.

Bu dəfə müğənni Günel Ələkbərova ilə teleaparıcı Vüsalə Kərimova qarşı-qarşıya gəlib. 

Cütlük arasında mübahisə otel otağından başlayıb və Günelin səsverməyə çıxması ilə davam edib.  Ən çox şəkili atılan müğənni səs topladığı halda V. Kərimovanı yarışmadan uzaqlaşdıracağını söyləyib. 

Günel deyib ki, Mehriban Xanlarovanın otağında böyük bir insident yaşanıb və Kərimova onu təhqir edib:

"Bu xanım canlı yayımda tu tərzdə danışır. İndi otaqdakı səs-küyünü təsəvvür edin. O məmnim rəqibim ola bilməz. Bir qadın digərini təhqir edirsə, nalayiq sözlər işlədirsə, burada heç bir həmrəylikdən söhbət gedə bilməz. O, məni təhqir edib. Biz bir yerdə çörək yemişik. İnsan yediyi çörəyə tüpürməz. Bizə dedi ki, sizlə eyni yediyim çörəyə tüpürürəm”.

Kərimova isə "Hər kəs haqq etdiyini yaşayır. Sən o sözə layiq idin ki, belə şeylər eşitmisən. Təəssüf ki, sənin kimi səviyyəsizlə çörək kəsmişəm” deyərək müğənninin ittihamlarına cavab verib. 

Daha sonra efirdə Günel və Vüsalənin maşın ətrafında yaşadığı insidentlə bağlı sujet təqdim olunub. 

Sujetdə V, Kərimova oğlu Ayxanla telefonda danışıb və göz yaşlarını saxlaya bilməyib.  Ələkbərova iddia edib ki, Kərimova verilişdə övladından istifadə edir:

"Övlad mövzusu mənim üçün çox ağırdır. Mən də anayam, mövzu həssasdır. Biz burada müzakirə edirik, hədəfimi açıqlayıram. Amma sən övladını ortaya atırsan”. 

Günelin bu açıqlamasından sonra Kərimova əsəbiləşərək özündən çıxıb:

"Övladımın sənə nə aidiyyatı var? Səni nə narahat edir? Ay qız, bir dəqiqə saxla, artıq çox oldun, beynimi çöndərmə. Sən kimsən mənim uşağımla danışığıma qarışırsan? Uşağımın məndən başqa heç kimi yoxdur”. 

Bundan əlavə, proqram boyu hər iki məşhurun sözləri çəp gəlib.  Proqramın sonunda isə səsvermənin nəticələri açıqlanıb.  Günel veriliş boyu xeyli səs toplasa da, sonra 33,06 faiz səs yığaraq yarışmadan gedib./qafqazinfo

 


İcmal.Az

RƏYLƏR