Ayaqlarına ömürlük silikon vurdurdu - Fotolar

OXUNUB: 820 ŞOU-BİZNES

Bir müddət əvvəl makiyajçısı Dilək tərəfindən döyüldüyünü söyləyən türk müğənni Tuğba Özerk bu dəfə yeni açıqlaması ilə gündəmə gəlib.

 
İcmal.Az-ın "Haberler”ə istinadən mətbuatına görə, 36 yaşlı ifaçı ayaqlarına ömürlük silikon qoydurduğunu vurğulayıb.

Bundan əvvəl burnunu əməliyyat etdirən Tuğba ayaqlarının silikonu üçün 36 min lirəsindən (təxminən 18 min AZN) keçməli olub. 

Özerk bildirib ki, 2 saat sürən əməliyyatın özəlliyi ondan ibarətdir ki, bu silikon İsveçrə texnologiyası ilə qoyulub və ömürlükdür.

 

İcmal.Az

RƏYLƏR