Aybəniz Haşımova şəhid həyat yoldaşının MƏZARINDA – FOTO

OXUNUB: 3273 SOSİAL

Əməkdar artist Aybəniz Haşımova bu gün Sənət Akademiyasının tələbələri və müəllim heyətilə birgə Azərbaycan qəhrəmanı Xalid Quliyevin şəhid olmasının 25 illiyi münasibətilə anım tədbirində iştirak edib.

Bu barədə müğənni özü instaqram hesabında məlumat verib. Onun sözlərinə görə, tədbir İslahatcı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlının təşəbbüsü ilə həyata keçirilib.

Şəhidin məzarı önündə keçirilən anım mərasimində Xalid Quliyevin qızı Aynişan Quliyeva, anası və digər ailə üzvləri iştirak edib. Tədbirin sonunda gənclər və tələbələr Xalid Quliyevin məzarına güllər düzüb, bütün şəhidlərin ruhuna dualar oxuyub.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

 
İcmal.Az
 

RƏYLƏR