Aybəniz Haşımovanın tələbələri “Golden Kids Awards 2018” kubokuna layiq görüldülər - VİDEO

OXUNUB: 1104 MƏDƏNİYYƏT

 

Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə bu il 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş "Azerbaijan Golden Kids Awards 2018” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi təşkil olunur.

7NEWS.az-ın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən layihənin məqsədi 3-15 yaşadək olan uşaqların iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdan ibarətdir.

Layihənin əsas tədbiri, təntənəli Qala gecəsi 2 iyunda Nizami Kino Mərkəzində baş tutacaq. Qala gecəsində qaliblər 32 nominasiya üzrə mükafatlandırılacaq.

 

Qeyd edək ki, tədbirdə dövləti təmsil edən rəsmi şəxslərin, millət vəkillərinin, qeyri-hökümət təşkilarlarının nümayəndələrinin və mədəniyyət və incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur.

Sənət nümayəndələrindən Elnur, əməkdar artistlər Aybəniz Haşımova, Elza Seyidcahan, Samira, Elnarə, Fatimə Fətəliyeva, İlqar Xəyal, Eldar Qasımov, Fəxriyyə Xələfova, Gülnarə Xəlilova və başqaları iştirak edəcəklər.

RƏYLƏR