Aydın Canıyevdən Hadı Rəcəbli üçün yeni il “təbriki” (FOTOLAR)

OXUNUB: 865 SOSİAL
Tanınmış jurnalist Aydın Canıyev Milli Məclisin məşhur deputatlarından biri olan Hadı Rəcəblini yeni il münasibəti ilə özünəməxsus formada təbrik edib.

Miq.Az xəbər verir ki, jurnalist Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin doğulub boya çatdığı Lənkəran rayonunun Veravul kəndinin yollarının vəziyyəti ilə bağlı sosial şəbəkədə maraqlı status paylaşıb.

Statusu olduğu kimi təqdim edirik:

"Bu gördüyünüz yollar Veravul kəndinin, daha doğrusu, deputat Hadı Rəcəblinin atasının qapısına aparan yoldur. Duzdur, Hadı müəllimin obyektlərinə aparan yollarda hətta təyyarə də "posadka” edə bilər, amma atasının qapısına gedən yoldan qazanc gəlmir, o yolu keçənlər muştəri deyil deyə bu gündədir. Bundan əlavə, baxmayaraq ki, hökümət Lənkəranın icra başçısını Belçikaya hər il göndərir ki, bələdiyyə işinin təşkilini öyrənsin ölkəmizdə tətbiq etsin, nə fayda, o orda nə öyrənir, neynir, öyrəndiklərindən Veravulun bələdiyyə sədri Arzuman Qasimova və icra başçısının nümayəndəsi Altay Həsənova nə təkliflər verir gələndən sonra, deyə bilmərik, amma nəticə budur. Televizora cixib danişmaqla deyil ki, kəndin yolu budur – bu yol hələ Hadı Rəcəblinin ata evi olan məhəllənin yoludur, indi görün o biri məhəllələrdə nə gündədir.

Səlahiyyətli adamların gözü qabağında Veravuldan xırış -"şeben” dasinir satilir, amma Veravulun küçələrinə qıymırlar. Hər dəfə bir xeyriyyəçi gücü çatanı edir, ya da salyarka pulu verir”.








İcmal.Az

RƏYLƏR